YAP ötən ilin maliyyə hesabatını açıqlayıb

YAP ötən ilin maliyyə hesabatını açıqlayıb
24.05.2024 15:18
Aa
dəq

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2023-cü ili 10 milyon 169 min manat mənfəətlə başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" Partiyanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 6,8 % azdır.

Ötən il YAP-ın gəlirləri 32,929 manat (əvvəlki illə müqayisədə 22,9 % çox), o cümlədən üzvlük haqlarından gəlirləri 29,674 milyon manat (29,1 % çox), əmlakından gəlirləri 20 min manat (12,1 dəfə az), tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, buna bənzər digər fəaliyyətlərdən gəlirləri 519 min manat (54 % çox), ianələrdən gəlirləri 1 min manat (12,5 dəfə az), dövlət büdcəsindən ayrılmış vəsait hesabına gəlirləri 2,389 milyon manat (0,6 % az), digər gəlirləri isə 327 min manat (60,4 % az) təşkil edib.

Hesabat dövründə Partiyanın xərcləri isə 22,76 milyon manat (43,35 % çox), o cümlədən cari xərcləri 1,128 milyon manat (24,8 % az), saxlanma və informasiya təminatı xərcləri 18,463 milyon manat (35,7 % çox), ictimaiyyətlə əlaqələr və seçkilərin keçirilməsi xərcləri 250 min manat (əvvəlki il olmayıb), fərdi xərcləri 91 min manat (32,6 % az), sair xərcləri isə 2,828 milyon manat (4,45 dəfə çox) olub.

Bu il yanvarın 1-nə YAP-ın aktivləri 56,07 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 38 % çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 41,4 % azalaraq 75 min manata düşüb, balans kapitalı isə 38,2 % artaraq 55,996 milyon manata çatıb.

Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 730 min üzvü olduğunu bəyan edir.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu