Operativ Məlumat Mərkəzi

Yanvar ayında nikahların sayı azalıb, boşanmaların sayı artıb

1 dəq
Paylaş:
Yanvar ayında nikahların sayı azalıb, boşanmaların sayı artıb

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 3 979 nikaha daxilolma və 1 370 boşanma hallarını qeydə alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin ilk ayı ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 6,4-dən 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,6-ya qalxıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər