Əsas məzmuna keç

Yanğından təxliyə olunan əkizlər Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb

Yanğından təxliyə olunan əkizlər Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb

Respublika Perinatal Mərkəzindən təxliyə olunan 60 körpədən 2-si (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya...

Respublika Mərkəzindən təxliyə olunan 60 körpədən 2-si (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir.

Uşaqların müalicəsi Yeni Klinika, Kliniki Tibbi Mərkəz (KTM), KTM-in nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir.

Xatırladaq ki, təxliyə olunmuş yenidoğulmuşlardan 8-i tam sağlam şəkildə evə yazılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…