Çanaqqalada yanğınla əlaqədar olaraq gəmilərin hərəkəti dayandırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, 24 avqust saat 03.00-dan etibarən havadan müdaxilə vasitələrinin dənizdən su götürməsini təmin edən Çanaqqala boğazında gəmi hərəkətinin müvəqqəti olaraq hər iki istiqamətdən dayandırılıb.