Əsas məzmuna keç

Yağışlı hava sabah da davam edəcək

Yağışlı hava sabah da davam edəcək

Bakı və Abşeronda intensiv yağıntı, rayonlarda isə qar və külək gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin son temperatur proqnozu və təfərrüatlar burada.

en ru

Sabah Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Sabah Bakıda və yarımadasında gözlənilən açıqlanıb: bəzi yerlərdə arabir yağacağı, yarımadanın ayrı-ayrı ərazilərində isə intensiv olacağı gözlənilir. Yağıntıların axşam saatlarında tədricən kəsiləcəyi proqnozlaşdırılır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, arabir güclənən şimal-qərb küləyi sabah axşam mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 80-90 % təşkil edəcək.

Azərbaycanın bölgələrində hava şəraiti: Dağlara qar, şimal rayonlarına dolu düşəcək

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağıntının intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək, qərb küləyi isə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz isə 13-18° isti olacaq.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…