Operativ Məlumat Mərkəzi

Yağışlı hava bu tarixə kimi davam edəcək

1 dəq
Paylaş:
Yağışlı hava bu tarixə kimi davam edəcək
Bakıda və Abşeron yarımadasında dekabrın 8-i axşamdan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Bakıda və Abşeron yarımadasında dekabrın 8-i axşamdan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 8-i axşamdan 11-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər