Operativ Məlumat Mərkəzi

Bakıda bu gün aylıq normanın 30% həcmində yağış yağıb - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Bakıda bu gün aylıq normanın 30% həcmində yağış yağıb - YENİLƏNİB-2
bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O qeyd edib ki, yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq...

Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində oktyabrın 28-i günün birinci yarısında qısamüddətli leysan xarakterli yağış yağıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 %-ni təşkil edir.

G.Abbasova məlumat verib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.

***

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-i günün birinci yarısında arabir yağış yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olub.

***

Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun "Operativ Məlumat Mərkəzi-OMM"-a verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.

O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər