Operativ Məlumat Mərkəzi

Yağış yağacaq, leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

1 dəq
Paylaş:
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər