"Yağış, şimşək, dolu..." - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!

"Yağış, şimşək, dolu..." - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
11.09.2024 13:25
Aa
dəq

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz kecəçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Həftənin ən çox oxunanları

Rayonlarda qeyri-sabit hava şəraiti sentyabrın 21-dək davam edəcək

Rayonlarda qeyri-sabit hava şəraiti sentyabrın 21-dək davam edəcək
DAVAMIN OXU davamın oxu

“Dolu düşəcək, qar yağacaq…” - Əhaliyə XƏBƏRDARLIQ!

“Dolu düşəcək, qar yağacaq…” - Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

"Qar, dolu, leysan..." - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!

DAVAMIN OXU davamın oxu

“Sentyabrın 16-da…” - Əhaliyə XƏBƏRDARLIQ!

“Sentyabrın 16-da…” - Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

"Qar, leysan, şimşək..." - ƏHALİYƏ XƏBƏRDARLIQ!

DAVAMIN OXU davamın oxu