Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə Fəxri xiyabanda dəfn olunacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, akademiklə vida mərasimi isə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında baş tutacaq.
Xatırladaq ki, SOCAR birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünən 93 yaşında dünyasını dəyişib.