Xorvatiyalı model: "Bakı məni yaxşı mənada təəccübləndirdi"

Xorvatiyalı model: "Bakı məni yaxşı mənada təəccübləndirdi"
27.04.2023 21:01
Aa
dəq

"Bakıya ilk səfərimdir. Yaxşı mənada təəccübləndim. Şəhər çox gözəl görünür".

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu "Formula 1" üzrə Azərbaycan Qran Prisində iştirak etmək üçün Bakıya gələn Xorvatiyalı model İvana Knoll qala gecəsində jurnalistlərə açıqlamasında deyib.

Səfərlə bağlı təəssüratlarını bölüşən xanım azarkeş Azərbaycan xörəklərinin dadlı olduğunu söyləyib: "Açığı, pəhriz saxlamaq istəyirdim. Amma əminliklə deyə bilərəm ki, Bakıda bunu edə bilməyəcəyəm".

Knol bildirib ki, Bakıdakı yarışda ilk dəfə iştirak etsə də, digər ölkələrdə keçirilən Qran Prilərdə dəfələrlə yer alıb: "Qətərdəki dünya çempionatı ilə buradakı atmosferi müqayisə edə bilmərəm. Çünki tamam fərqli turnirlərdir. Ölkələrin müqayisəsinə gəlincə, bu barədə də fikir bildirməyəcəyəm. Çünki Qətərdə 1 ay oldum, buraya isə cəmi 6-7 saatdır gəlmişəm".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.

Həftənin ən çox oxunanları

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur
DAVAMIN OXU davamın oxu

ABŞ-də prezident seçkiləri kampaniyası

ABŞ-də prezident seçkiləri kampaniyası
DAVAMIN OXU davamın oxu

"Bi-2" qrupunun üzvləri saxlanılıb

DAVAMIN OXU davamın oxu

ABŞ səfiri Azərbaycana başsağlığı verib

ABŞ səfiri Azərbaycana başsağlığı verib
DAVAMIN OXU davamın oxu

Meksikalı məşhur aktyor vəfat edib

Meksikalı məşhur aktyor vəfat edib
DAVAMIN OXU davamın oxu