Əsas məzmuna keç

Xocalıda yük avtomobili aşıb, iki nəfər ölüb

Xocalıda yük avtomobili aşıb, iki nəfər ölüb

Mayın 7-si saat 10 radələrində Xocalı Rayon Polis Şöbəsinə Zəfər Yolunun Xocalı rayon Baharlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi...

Mayın 7-si saat 10 radələrində Xocalı Rayon Şöbəsinə Zəfər Yolunun Xocalı rayon Baharlı kəndi ərazisindən keçən hissəsində yol hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq aparıb.

Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı məlum olub ki, şəhər sakini 1959-cu il təvəllüdlü Hüseynəli idarə etdiyi İSUZU markalı yük avtomobili ilə idarəetməni itirərək avtomobili aşırıb.

“Hadisə nəticəsində sürücü H. Süleymanov və sərnişin, İmişli rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Nuriyev hadisə yerində ölmüş, digər sərnişin, 1982-ci il təvəllüdlü İmişli rayon sakini Ramil Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dərhal yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…