Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.