Əsas məzmuna keç

Masazırda restorandan oğurluq edilib

Masazırda restorandan oğurluq edilib

İyulun 23-nə keçən gecə Masazır qəsəbəsi ərazisindəki restoranların birindən 1700 manat dəyərində televizor, 6 ədəd pult və digər məhsulların oğurlanması...

İyulun 23-nə keçən gecə Masazır qəsəbəsi ərazisindəki restoranların birindən 1700 manat dəyərində televizor, 6 ədəd pult və digər məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Rayon İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də eyni görə məhkum olunmuş Əvəz Məmmədov saxlanılıb.

Araşdırmalarla onun həmin gün digər bir restorandan 520 manat dəyərində oğurluq etməsi də müəyyən olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…