XİN: Törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür

XİN: Törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür
11.04.2023 18:25
Aa
dəq

Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın 11 aprel təxribatı ilə bağlı açıqlamasında deyilir.

Bəyanata görə, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcək.

 

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu