Operativ Məlumat Mərkəzi

XİN sözçüsü: "Antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunub və mülki əhali hədəf alınmayıb"

2 dəq
Paylaş:
XİN sözçüsü: "Antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunub və mülki əhali hədəf alınmayıb"
bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib. O bildirib ki,...

“44 günlük müharibədən bu yana, son 3 il ərzində Azərbaycan dəfələrlə bildirib ki, ermənilər də daxil olmaqla bütün etnik qrupların qanunvericilik və konstitusiyada nəzərdə tutulmuş bütün hüquqlarını təmin etməyə hazırdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan etnik erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edir: “Milli qanunvericiliyə uyğun olaraq onların hüquq və təhlükəsizliyini qorumağa hər zaman hazırıq”.

A.Hacızadə qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatının 4-cü maddəsinə indiyədək əməl etməyib: “Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq geri çəkilməli idi, lakin bu yerinə yetirilməyib. Son bir neçə gün ərzində Ermənistan qoşunlarının hərbi eskalasiyaya səbəb olan təxribat-kəşfiyyat əməliyyatı nəticəsində altı polis və iki mülki şəxs həlak olub”.

XİN rəsmisi bildirib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə edib: “Demək olar ki, heç bir mülki obyekt vurulmayıb. Lakin 44 günlük genişmiqyaslı müharibəyə nəzər saldıqda görərik ki, Azərbaycan tərəfdən mülki əhali arasında itkilər Ermənistan tərəfinin itkilərindən qat-qat çox olub. Bu o deməkdir ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almayıb”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər