Əsas məzmuna keç

XİN: Rusiyada Azərbaycan xəritəsinin təhrifi yolverilməzdir

XİN: Rusiyada Azərbaycan xəritəsinin təhrifi yolverilməzdir

Xarici İşlər Nazirliyinin rəsmisi Ayxan Hacızadə "Birinci" kanaldakı təxribatı pisləyib. "Zaman göstərər" verilişindəki saxta narrativlərə rəsmi Bakıdan sərt reaksiya.

en ru

Rusiyanın dövlət kanalı olan "Birinci" kanalın "Zaman " ("Vremya pokajet") verilişində mayın 6-da Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq " ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) katibi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya daxil olmaqla ictimaiyyət tərəfindən tanınır:

"Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir. Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…