Əsas məzmuna keç

XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib

XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib

İranla bağlı gərginlik fonunda Xarici İşlər Nazirliyi səfər xəbərdarlığı yayıb. Tel-Əvivdəki səfirlik təhlükəsizlik qaydalarını və təcili əlaqə nömrəsini təqdim edir.

en ru

İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırırıq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Azərbaycan XİN-dən məlumat verilib.

“Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Əlaqə vasitələri: Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi [email protected] +972 54 539 77 88”, - müraciətdə deyilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…