XİN: “Ermənistanın Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanımasını gözləyirik”

XİN: “Ermənistanın Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanımasını gözləyirik”
21.09.2023 15:49
Aa
dəq

“Ümid edirik ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər regiona sülh və tərəqqi gətirəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, 44 günlük müharibədən sonra, son 3 il ərzində Ermənistan hərbi-siyasi təxribatlara, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair bəzi çaşdırıcı, qeyri-ardıcıl bəyanatlara meyilli olub: “Ümid edirik ki, bundan sonra Azərbaycan və Ermənistanın daha yaxşı gələcəyi üçün zəmin yaranacaq və iki ölkə arasında sülh prosesində irəliləyiş təmin olunacaq. Son iki gündə Ermənistan tərəfdən hərbi eskalasiyanın olmaması müsbət əlamətdir. Biz ümid edirik ki, Ermənistan da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlar səsləndirməkdən, addım atmaqdan çəkinəcək, Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanıyacaq”.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu