XİN: Ermənistan son zamanlar çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır

XİN: Ermənistan son zamanlar çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır
21.08.2023 23:06
Aa
dəq

Azərbaycanın ərazilərinin işğalı nəticəsində qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son zamanlar yalnız Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

A.Hacızadə deyib ki, məntiqsiz addımları uğursuzluğa düçar olduqdan və heç bir nəticə əldə edə bilmədikdən sonra isə, Ermənistan tərəfi müxtəlif bəhanələrlə və uzun-uzadı əsassız açıqlamalarla bu uğursuzluqları müxtəlif yalanlarla əsaslandırmağa, öz destruktiv fəaliyyətinə bəraət qazandırmağa çalışır.

"Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan cəmiyyətində həqiqətə uyğun olmayan gözləntilər formalaşdırmaq və yalan dolu izahatlar vermək əvəzinə, beynəlxalq hüquqa əsaslanmaqla qonşu ölkələrlə münasibətləri normallaşdırmalı və bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir", - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan suallara cavabı zamanı BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli icla

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu