Əsas məzmuna keç

XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləyib

XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləyib

XİN bu barədə "X" hesabında yazıb."Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin,...

en ru

XİN bir qrup etirazçının Birləşmiş Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN bu barədə "X" hesabında yazıb.

"Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır", - məlumatda bildirilir.

Azərbaycan XİN qeyd edib ki, Suriya hökuməti tərəfindən verilən bəyanatı və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı öhdəliyini alqışlayır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…