XİN: İtkin düşən şəxslərlə bağlı təşəbbüslərimizə Ermənistan cavab verməyib

XİN: İtkin düşən şəxslərlə bağlı təşəbbüslərimizə Ermənistan cavab verməyib
18.09.2023 12:13
Aa
dəq

“Beynəlxalq hüququn mühüm prinsipləri ilə yanaşı, itkin düşən şəxslərin qeyri-könüllü şəkildə itkin düşmələri ilə bağlı fəaliyyət göstərən qurumlar var. Bu problemdən 30 ildən artıqdır əziyyət çəkən ölkə kimi Azərbaycan itkin düşən şəxslərlə bağlı işlərə öz töhfəsini verməkdədir”.

Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında xarici işlər nazirinin müavini Fariz Rzayev deyib.

Nazir müavini bildirib ki, itkin düşən şəxslərin ailə üzvlərinin onların taleyi ilə bağlı məlumat almaq hüququ var: “Bu qərar ölkələrin əməkdaşlıq çərçivəsində üzərinə düşən öhdəlikdir. Biz itkin düşən şəxslərlə bağlı məsələni kökündən həll etməyə çalışırıq. Beynəlxalq hüququn təbliğ edilməsi, Cenevrə konvensiyası və əlavə protokollarda da itkin düşən şəxslərlə bağlı müddəalar əks olunub. İnsanların qeyri-qanuni girov götürülməsi insan hüquqlarına ziddir. Statistika bu gün göstərir ki, dünyada itkin düşən şəxslər günbəgün artır. Son 5 ildə itkin düşən şəxslər 2 dəfə artıb. İtkin düşən şəxslərin aşkarlanması, ehsqumasiya vacibdir. Əsas məsələ mina olan ərazilərdəki kütləvi məzarlıqlara çıxışdır. İtkin düşən şəxslərin yerinin müəyyən edilməsi üçün bir neçə dəfə təşəbbüs göstərsək də, qonşu Ermənistan əfsuslar olsun ki, cavab verməyib. Beynəlxalq təşkilatlar itkin düşən şəxslərlə bağlı üzərinə düşən öhdəlikləri icra etməlidir”.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu