XİN başçısı: İraq və Suriyadan 500-dən çox uşaq və qadın Azərbaycana gətirilib

XİN başçısı: İraq və Suriyadan 500-dən çox uşaq və qadın Azərbaycana gətirilib
05.06.2024 14:15
Aa
dəq

Münaqişə zonalarındakı (İraq və Suriya - red) düşərgələrdə saxlanılan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası dayanmadan həyata keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu istiqamətdə Azərbaycanın 15 dövlət qurumu birgə fəaliyyət göstərir: "Ötən gün Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu, kifayət qədər asan olmayan bir prosesdir. Son illər ərzində 500-dən artıq Azərbaycan vətəndaşı olan qadın və uşaq ölkəyə gətirilib".

C.Bayramov bildirib ki, hələ də orada saxlanılan insanlar var: "Onların sayını deməkdə çətinlik çəkərəm. Ona görə də bu işlər dayanmadan həyata keçirilir".

Həftənin ən çox oxunanları