“Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini Azərbaycanın siyasi, hüquqi, sosial-iqtisadi mühitinə reinteqrasiya etmək əzmindədir”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Naqzirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Konstitusiyası, ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlər, milli qanunvericiliyimiz buna zəmin yaradır.