Əsas məzmuna keç

XİN adından saxta məlumatlar yayılır - FOTO

XİN adından saxta məlumatlar yayılır - FOTO

Sosial şəbəkələrdə Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumatlar yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin məlumatlar XİN-in rəsmi açıqlaması kimi təqdim edilib.

Həmin yalan informasiyalarda, XİN-in mətbuat katibi Ayxan Hacızadənin adından iddia edilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quşlarla toqquşmasını təsdiq edir.

Bununla yanaşı, feyk məlumatda Azərbaycanın guya yalan informasiyaların yayılmasına görə Rusiyadan üzr istədiyi də qeyd olunub.

XİN adından saxta məlumatlar yayılır - FOTO

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…