Operativ Məlumat Mərkəzi

Xilasedicilərimiz dağıntılar altından 198 saatdan sonra 2 nəfəri sağ çıxarıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Xilasedicilərimiz dağıntılar altından 198 saatdan sonra 2 nəfəri sağ çıxarıb - YENİLƏNİB
Xilasedicilərimiz dağıntılar altından 198 saatdan sonra 2 nəfəri sağ çıxarıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

FHN-dən "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumata görə, xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

10:36***

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Azərbaycanın xilasediciləri gənc Muhammed Enesi və orta yaşlı Abdulbaki adlı şəxsi uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər