Əsas məzmuna keç

Xidmət rəsmisi: Əksər rayonlarda yağıntılarda fasilə yaranıb

Xidmət rəsmisi: Əksər rayonlarda yağıntılarda fasilə yaranıb

Ölkə ərazisində müşahidə olunan hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib...

Ölkə ərazisində müşahidə olunan hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, əksər rayonlarda yağıntılarda fasilə yaranıb.

Şərur, Gədəbəy, Göygöl, Şəmkir, Oğuz, Ağstafa, Şəki, Zaqatala, Quba, Xaçmaz, Xınalıq, Yevlax, Kürdəmir, Göyçay, , Astara, Cəfərxan, Ağcabədi, İsmayıllı, Xaltanda isə arabir xarakterli yağış yağır, şimşək çaxır. O qeyd edib ki, Böyük ərazisindən axan Əyriçayda, Türyançayda, Qudiyalçayda, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda, Tərtərçayda, Bəsitçayda, Tutqunçayda, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda, Viləşçayda və Təngərüdçayda artım alınıb: “Yağan leysan xarakterli yağıntılar nəticəsində Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan,Oğuz rayonu ərazisindən axan Əyriçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan sel keçir”.

G.Abbasova qeyd edib ki, Bakıda və yarımadasında əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20 m/s-yə çatıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…