Operativ Məlumat Mərkəzi

Lənkəranda zəlzələ olub, ətraf rayonlarda 5-3 bala kimi hiss edilib - YENİLƏNİB-2

1 dəq
Paylaş:
Lənkəranda zəlzələ olub, ətraf rayonlarda 5-3 bala kimi hiss edilib - YENİLƏNİB-2
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ...

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.

11:18***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.

11:09 ***

Xəzər dənizində zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, yeraltı təkanlar 4.7 bal maqnitudalı olub.

Yeraltı təkan Azərbaycanın cənub rayonlarında hiss edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər