XƏBƏRDARLIQ: Dumanlı hava yollarda təhlükə yarada bilər

XƏBƏRDARLIQ: Dumanlı hava yollarda təhlükə yarada bilər
12.02.2024 18:58
Aa
dəq

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, dumanlı hava şəraiti hərəkət iştirakçılarının, nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havada yola çıxarkən diqqətli olmalıdırlar.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 15-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə duman olacağı, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu