Operativ Məlumat Mərkəzi

Xarici qüvvələr sülh müqaviləsinə mane olur - Deputat

3 dəq
Paylaş:
Xarici qüvvələr sülh müqaviləsinə mane olur - Deputat
Prezident İlham Əliyevin Milli Məclisin növbədənkənar seçkilərdən sonra keçirilən ilk iclasında çıxışı, həm prezidentin indiyə qədər apardığı siyasətin...

Prezident İlham Əliyevin Milli Məclisin növbədənkənar seçkilərdən sonra keçirilən ilk iclasında çıxışı, həm prezidentin indiyə qədər apardığı siyasətin real nəticələri, həm də bundan sonra Azərbaycanın strateji inkişaf xətti ilə bağlı baxışları idi.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisinin deputatı Aydın Mirzəzadə bildirib.

Deputat hesab edir ki, hər iki istiqamətdə deputatlar əsasən prezidentin çıxışından çox razı qalıblar.

Aydın Mirzəzadə qadın deputatlara zəng etdi

“Dövlət başçısı bu il həm prezident, həm parlament seçkilərinin bütün Azərbaycan coğrafiyasında keçirilməsi tarixi hadisə olduğunu bir daha qeyd etdi. Həmçinin Azərbaycanın öz müstəqil xarici siyasət yürütmək əzmini bir daha ortaya qoydu. Xaricdən Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan, Azərbaycanın milli maraqlarımıza zidd mövqe tutmağa məcbur etmək istəyən qüvvələr, konkret ölkələr Azərbaycan əleyhinə kampaniyalar aparır. Ancaq heçnə Azərbaycanın müstəqillik və suverenlik yolundan çəkindirə bilməz”, - deyə deputat qeyd edib.

Bizim üçün xarici siyasətəmizdə əsas məsələlərdən biri də Ermənistanla normal qonşuluq münasibətlərinin qurulması olduğunu bildirən A.Mirzəzadə, Ermənistanın bu məsələdə hələ də irəli-geri xarakterli addımlar atdığını təəssüflə qeyd edib.

Deputat vurğulayıb ki, Ermənistan bir tərəfdən Azərbaycanla sülh istədiyini bildirir, digər tərəfdən isə konstitusiyasında Azərbaycana ərazi iddiası var. Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə uyğun irəli sürdüyü 5 prinsipi vaxtaşırı təftiş etməyə çalışır.

“Görünən ondan ibarətdir ki, Ermənistan tərəfdən siyasi iradə kifayət qədər qətiyyətli deyil. Ancaq bununla belə cənab prezident bu istiqamətdə işləyəcəyini bildirdi. Ancaq Azərbaycanın müstəqilliyinə, suverenliyinə təhdid olarsa, bunun qarşısını qətiyyətlə alacağını bir daha bildirdi. Prezidentin parlamentin işinə uğurlar arzulaması və parlamentin ilk iclasında şəxsən iştirakı onu göstərdi ki, icra və qanunverici hakimiyyət bundan sonra da Azərbaycan naminə birgə işləmək qətiyyətindədirlər”, - deyə millət vəkili sonlandırıb.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər