Xaricdə yaşayan azərbaycanlı alimlər Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər

Xaricdə yaşayan azərbaycanlı alimlər Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər
28.09.2023 14:25
Aa
dəq

Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, onların arasında Mərkəzi Florida Universiteti, Günəş Enerjisi Mərkəzi, Hidrogen Energetika üzrə qrup rəhbəri Prof. Dr. Nazim Muradov, İstanbul Ticarət Universitetinin professoru, mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış alim Abdulla Sofiyev, İstanbul Texniki Üniversitetinin Aeronavtika və kosmonavtika fakültəsinin professoru Çingiz Hacıyev, “Capella Space” şirkətinin meneceri, Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramova var.

Qeyd edək ki, xaricdə yaşayan bu alimlər Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi siyahı üzrə seçiliblər. Alimlərlə mütəmadi əlaqə yaradılıb və onların təqdim etdikləri elmi məqalələr soydaşlarımıza 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış etmək hüququ qazandırıb.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 ildən sonra yenidən Azərbaycanın ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu