Xalqımız bir daha bir millət iki dövlət anlamını təsdiqlədi - Deputat

Xalqımız bir daha bir millət iki dövlət anlamını təsdiqlədi - Deputat
12.02.2023 14:14
Aa
dəq

"Həmişə olduğu kimi, Azərbaycan xalqı bir daha bir millət iki dövlət anlamını təsdiqləmiş, zəlzələdən zərər çəkənlər üçün səfərbər olmuşdur".

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.

Fevral ayının 6-da Türkiyədə baş vermiş ağır zəlzələ xəbəri bütün dünyanı, xüsusən də Azərbaycan xalqını hədsiz dərəcədə sarsıtdı. Həmişə olduğu kimi, Azərbaycan bu faciənin ilk dəqiqələrindən qardaş Türkiyənin yanında olduğunu, qardaş acısının öz ağrısı olduğunu əməlləri ilə göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu acı xəbər alındıqdan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı vermiş və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirmişdir. Dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması, zərər çəkmiş, faciə ilə üzləşmiş insanlara yardım məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə genişmiqyaslı yardım kampaniyası başlanmışdır.

 İlk təyyarə fevral ayının 6-da saat 13.25-də Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırmaq üçün yola düşmüşdür. Bundan sonra gün ərzində Azərbaycan FHN-nin şəxsi heyətini fəlakət zonasına çatdırmaq üçün daha iki təyyarə yola düşmüşdür. Ümumilikdə, fəlakətin ilk günündə qardaş ölkəyə FHN-nin 422 şəxsi heyət nümayəndəsi və müxtəlif xilasetmə avadanlıqları çatdırılmışdır. Faciənin növbəti günlərində də qardaş xalqa yardım göstərilməsi davam etmişdir. Fevralın 7-də tibbi heyət, mobil səhra hospitalına aid konteynerlər və digər zəruri gündəlik tələbat materialları, avadanlıq və preparatlar qardaş ölkəyə çatdırılmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, fevral ayının 9-na kimi, ümumilikdə, Azərbaycandan Türkiyəyə 8 təyyarə, 24 yük avtomobil karvanı vasitəsilə 745 nəfər xilasetmə və tibbi personal, 1 ədəd mobil səhra hospitalı, 479 ədəd çadır, 5 ədəd böyük gücə malik generator və 4 ədəd səhra mətbəxi, zəruri ləvazimatlar, qida məhsulları göndərilmiş, təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və rəsmi axtarış və xilasetmə maşınları pulsuz yanacaqla təmin edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşmüşdür. Humanitar yardıma 60 ədəd çadır, ümumilikdə 400 000 ədəd müxtəlif dərman preparatları və müxtəlif tibbi ləvazimat və avadanlıqlar, 47 000 isti geyim və digər ləvazimatlar daxildir. Azərbaycan Milli Məclisi Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 40 ədəd daşınan generatorun göndərilməsini təşkil edib. Həmişə olduğu kimi, Azərbaycan xalqı bir daha bir millət iki dövlət anlamını təsdiqləmiş, zəlzələdən zərər çəkənlər üçün səfərbər olmuşdur: rəsmi dövlət qurumlarının göstərdiyi dəstəklə yanaşı, sıravi Azərbaycan vətəndaşlarının miqyası bilinməyən könüllü yardımları da fasiləsiz olaraq davam etməkdədir.

Fevral ayının 8-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə getmiş və Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar bir daha başsağlığı vermiş və söyləmişdir: "Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir".

Türkiyənin acısı bizim acımızdır. Allah bütün həlak olanlara rəhmət eləsin, onların yaxınlarına səbir versin! Keçmiş olsun, Türkiyə!

Həftənin ən çox oxunanları

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
DAVAMIN OXU davamın oxu