"Xalq Sığorta" və "Xalq Həyat Sığorta"nın rəhbərliyi dəyişdirilib

"Xalq Sığorta" və "Xalq Həyat Sığorta"nın rəhbərliyi dəyişdirilib
18.05.2023 11:17
Aa
dəq

"Xalq Sığorta" ASC-nin İdarə Heyətinin sədri (İH) Raman Kurbanau vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkətə rəhbərlik Roman Vəliyevə həvalə olunub.

O, indiyə qədər "Xalq Həyat Sığorta" ASC-nin İH-nin sədri olub. R.Vəliyevin yerinə isə müvəqqəti olaraq onun müavini ismayıl Əliyev gətirilib.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

"Xalq Həyat Sığorta" isə 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta"ya məxsusdur.

Həftənin ən çox oxunanları