Operativ Məlumat Mərkəzi

Xaçmazda qanunsuz ağac emalı ilə məşğul olan sexlər barədə araşdırma aparılır

1 dəq
Paylaş:
Xaçmazda qanunsuz ağac emalı ilə məşğul olan sexlər barədə araşdırma aparılır

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Xaçmazda təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması halları ilə bağlı araşdırma aparır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, dekabrın 14-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xaçmaz rayonu ərazisində keçirdikləri tədbirlərlə Nərəcan və Qaraqurdlu kəndləri ərazisində fəaliyyət göstərən iki sexdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkar edilib.

Xaçmaz Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər