Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

WUF13: Münaqişə zonalarında şəhərsalma və iqlim müzakirəsi

2 dəq
Paylaş:
WUF13: Münaqişə zonalarında şəhərsalma və iqlim müzakirəsi

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası () çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan fəaliyyəti” mövzusunda tədbir keçirilir

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Baku Hub) və Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və digər şəxslər iştirak edir.

Sessiyalar zamanı iqlim dəyişiklikləri, -münaqişə dövründə dayanıqlı yaşayış məntəqələrinin qurulması, təhlükəsiz geri dönüş mexanizmləri, şəhər dayanıqlılığı məsələləri müzakirə olunacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax