Operativ Məlumat Mərkəzi

Qızılın qiyməti artacaq?

3 dəq
Paylaş:
Qızılın qiyməti artacaq?

Dünya əmtəə bazarlarında qızılın maksimumunu yeniləyib. Bir unsiya qızılın qiyməti 4800 dollar həddini keçərək səviyyəyə yüksəlib.

Azərbaycanda da qiymətli metallarda, xüsusilə də qızılın qiymətində artım müşahidə olunur. Yanvarın 22-nə olan məlumata görə, qızılın unsiya üzrə qiyməti 8153 manat 21 qəpik, 1 qram qızılın dəyəri isə 262 manat 13 qəpik təşkil edir.

Bazarda ən yüksək qiymət 999 əyarlı (təmiz) qızıl üzrə qeydə alınıb. Belə ki, 1 qram təmiz qızılın qiyməti 262 manat 13 qəpik səviyyəsindədir.

Digər qızıl növləri üzrə qiymətlər isə belədir:

  • 750 əyarlı (italyan) qızıl – 1 qramı 196 manat 80 qəpik,
  • 585 əyarlı (Türk) qızıl – 1 qramı 153 manat 50 qəpik,
  • 582 əyarlı (Rus) qızıl – 1 qramı 152 manat 71 qəpik.
  • Gold prices fall over 1% as employment data lowers expectations of rate cut | World News - Business Standard

Mütəxəssislər qiymət artımını bazarlarda qızılın bahalaşması və valyuta bazarındakı dəyişikliklərlə əlaqələndirirlər. Qeyd olunur ki, mövcud tendensiya davam edərsə, yaxın günlərdə də qızıl qiymətlərində dalğalanmalar mümkündür.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib ki, dünya getdikcə daha təhlükəli və qeyri-sabit bir mərhələyə daxil olur və bu da investorları ənənəvi “güvənli liman” olan qızıla yönəldir.

Natiq Cəfərli atasını itirdi — Yenilənib

Ekspert bildirir ki, qlobal miqyasda artan müharibələr, siyasi qarşıdurmalar və geosiyasi risklər dünya iqtisadiyyatını ciddi təzyiq altında saxlayır:

“Obrazlı desək, dünya bir qan qazanına, qaynayan bir qazana çevrilib. Belə dövrlərdə investorlar riskli alətlərdən qaçır, dövlətlər və mərkəzi banklar isə ehtiyatlarını qızıla yönəldirlər”.

Natiq Cəfərli hesab edir ki, mövcud proseslər davam edərsə, qızıl qiymətlərində rekord səviyyələr qaçılmazdır:

“Bu il qızılın bir unsiyasının qiymətinin 5 min dollara çatmasını belə real ssenari kimi görürəm”.

How Much Is A Gold Bar Worth? | Bankrate

İqtisadçı onu da vurğulayıb ki, qlobal bahalaşma Azərbaycandan da yan keçməyəcək. Onun sözlərinə görə, idxaldan asılı olan ölkə kimi dünya bazarındakı qiymət dəyişikliklərini birbaşa hiss edir:

“Qızıl beynəlxalq bazarda bahalaşdıqca, daxili bazarda da qiymətlər avtomatik olaraq yüksələcək”.

Qeyd edək ki, son aylarda qızıl həm fərdi investorlar, həm də dövlətlər üçün yenidən əsas qoruyucu aktivə çevrilib və bazarlarda maraq durmadan artır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax