Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransada meşə yanğını: 1100 hektar ərazi kül oldu

2 dəq
Paylaş:
Fransada meşə yanğını: 1100 hektar ərazi kül oldu

Fransanın cənub-qərbində Landes vilayətində ciddi fəsadlara səbəb olub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Luglon yaşayış məntəqəsi yaxınlığında yanğın artıq 1100 hektar meşə sahəsini əhatə edib.

Hadisə yerinə 500 yanğınsöndürən və 51 jandarma əməkdaşı cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə ərazidə genişmiqyaslı tədbirlər görülür.

Landes valisi Gilles Clavreulun göstərişi ilə məqsədilə bölgədə yaşayan təxminən 525 nəfər evlərindən edilib.

Bundan əlavə, Luglon kəndinin şimal və qərb istiqamətində yerləşən iki əsas yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Dünən başlayan yanğının dəqiq səbəbləri hələlik müəyyən edilməyib..

Məlumata görə, 57 vilayətdə “narıncı” təhlükə səviyyəsi elan olunub, 4 vilayətdə isə vəziyyətin kritik olması səbəbindən “qırmızı” alarm tətbiq edilib.

Qeyd edək ki, Fransada müşahidə olunan anomal istilər meşə yanğınlarının yayılmasını sürətləndirir. Cari il ərzində ölkədə baş verən yanğınlar nəticəsində artıq 117 min hektardan çox ərazi yararsız vəziyyətə düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax