İranın ali lideri Ayətullah Əli Xameneinin həyat yoldaşı Mansure Hüceste Bakırzade vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, Bakırzade bir müddət əvvəl baş vermiş hücum nəticəsində ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdi.
Həkimlərin səylərinə baxmayaraq, komada olan ali liderin xanımının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, şənbə günü paytaxt Tehran şəhərində ali liderin ofisinə təşkil edilən hücum nəticəsində Əli Xameneinin özü də daxil olmaqla ailəsinin bir neçə üzvü həlak olmuşdu.