Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"WhatsApp" qeydiyyatdan keçmədən çat funksiyasını sınaqdan keçirir

2 dəq
Paylaş:
"WhatsApp" qeydiyyatdan keçmədən çat funksiyasını sınaqdan keçirir

"" messenceri platformada qeydiyyatdan keçməyən şəxslərlə ünsiyyət qurmağı asanlaşdıran yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "WABetaInfo" portalına istinadən xəbər verir ki, bir neçə ay əvvəl "Android" platformasında sınaqları başlayan bu rejim artıq "iOS" və veb-versiya istifadəçiləri üçün də əlçatan olub.

Yeni mexanizm xüsusi dəvət linki üzərində qurulub.

İstifadəçi "Invite a friend" bölməsində yaradaraq onu SMS və ya digər tətbiqlər vasitəsilə qarşı tərəfə göndərir.

Qonaq istifadəçi linkə daxil olduqda "WhatsApp Web" vasitəsilə qeydiyyatdan keçmədən təhlükəsiz söhbətə başlaya bilir.

Bu zaman sistem unikal identifikator yaradır və söhbət uçdan-uca şifrələmə ilə qorunur.

Lakin yeni funksiyanın müəyyən məhdudiyyətləri mövcuddur:

  • Qrup söhbətləri və zənglər dəstəklənmir;
  • Fayl və əlavələrin göndərilməsi mümkün deyil;
  • 10 gün ərzində aktivlik olmazsa, avtomatik silinir;
  • Söhbəti mütləq qonaq istifadəçi başlatmalıdır.

Mütəxəssislərin fikrincə, bu addımın əsas məqsədi "WhatsApp"ın daha az olduğu bazarlarda, xüsusilə -də yeni istifadəçiləri cəlb etmək və onları gələcəkdə tam qeydiyyatdan keçməyə təşviq etməkdir.

OMM Redaksiyası

Redaksiya heyəti

OperativMMM.az xəbər portalının redaksiya heyəti. Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırırıq. Doğru, qərəzsiz və etibarlı xəbə...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax