İngiltərənin "Vest Hem" klubu heyətinə yeni hücumçu cəlb etmək üçün hərəkətə keçib. Komandanın baş məşqçisi Nunu Eşpiritu Santunun transfer siyahısında yer alan əsas namizədlərdən biri 39 yaşlı ulduz futbolçu Ceymi Vardidir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Goal" portalına istinadən xəbər verir ki, London təmsilçisi təcrübəli forvardın xidmətində maraqlıdır.
Ceymi Vardi hazırda azad agent statusundadır. O, ötən mövsümü İtaliyanın "Kremoneze" klubunda keçirib. İtaliya çempionatında keçirdiyi 29 matçda 7 qolla yadda qalan hücumçu, komandasının A Seriyasını tərk etməsindən sonra klubla yollarını ayırıb.
Futbolçunun adı bir müddət əvvəl "Şeffild Uensdey" ilə hallansa da, Vardi bu şayiələri təkzib edib. Eyni zamanda, onun uzun illər formasını geyindiyi və 500 oyunda 200 qol vurduğu "Lester Siti"nin bazasında tibbi müayinədən keçməsi azarkeşlərdə qayıdış ümidi yaratsa da, tərəflərin yenidən əməkdaşlıq etməyəcəyi bildirilir.
Xatırladaq ki, Vardi 2012-2025-ci illər aralığında "Lester Siti"nin heyətində çıxış edib və 2015-16 mövsümündə tarixi çempionluğun əsas memarlarından biri olub.