Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bazar günün hava proqnozu açıqlandı

2 dəq
Paylaş:
Bazar günün hava proqnozu açıqlandı

Azərbaycanda sentybarın 6-da havanın yağışlı keçəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim -qərb səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə