Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabahın havası necə olacaq? Sinoptiklərdən leysan və külək xəbərdarlığı

2 dəq
Paylaş:
Sabahın havası necə olacaq? Sinoptiklərdən leysan və külək xəbərdarlığı

Sabah Azərbaycanda hava necə olacaq?

İyulun 16-da açıqlanıb.

Bakıda və yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim -qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27 isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax