Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vanq Yi mayın 26-da ABŞ və Kanadaya səfər edəcək

1 dəq
Paylaş:
Vanq Yi mayın 26-da ABŞ və Kanadaya səfər edəcək

Çinin naziri Yi mayın 26-da BMT Şurasının yüksək səviyyəli iclasına sədrlik etmək üçün Nyu-Yorka səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə mayın 22-də Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Vanq Yi mayın 28-də Nyu-Yorkda keçiriləcək Qlobal İdarəetmə Dostları Qrupunun iclasında da iştirak edəcək.

Bildirilib ki, Çinli nazir səfər çərçivəsində BMT-nin və müxtəlif ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirəcək.

Eyni zamanda qeyd olunub ki, Vanq Yi Kanada xarici işlər naziri Anandın dəvəti ilə 28-30 may tarixlərində Kanadaya rəsmi səfər edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax