İranın paytaxtı Tehran şəhərində hökuməti dəstəkləyən kütləvi aksiya zamanı güclü partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə beynəlxalq media qurumları məlumat yayıb.
İlkin məlumatlara əsasən, partlayış nəticəsində azı bir nəfər həyatını itirib.
Partlayış hökumətyönlü nümayişçilərin toplandığı ərazidə qeydə alınıb.
Hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri və xilasedicilər cəlb olunub.
Hazırda partlayışın dəqiq səbəbləri və yaralıların sayı barədə rəsmi məlumat gözlənilir. Hadisənin terror aktı olub-olmadığı araşdırılır.