Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı TASS yayıb.
Oktyabrın 18-də Pekində Rusiya və Çin liderlərinin təkbətək görüşü olub.
Məlumata görə, tərəflər ən xırda məsələləri belə detallı müzakirə ediblər.
Xatırladaq ki, bu gün Çinin paytaxtı Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu başlayıb. Foruma 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə qatılıb.
Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.