Operativ Məlumat Mərkəzi

Vladimir Putin Novo-Oqaryovoda Fələstin lideri ilə danışıqlar aparır

1 dəq
Paylaş:
Vladimir Putin Novo-Oqaryovoda Fələstin lideri ilə danışıqlar aparır
Rusiya Prezidenti Vladimir Putin Novo-Oqaryovodakı iqamətgahında Fələstin lideri Mahmud Abbasla danışıqlara başlayıb. "Operativ Məlumat Mərkəzi-OMM" bu...

Rusiya Prezidenti Vladimir Putin Novo-Oqaryovodakı iqamətgahında Fələstin lideri Mahmud Abbasla danışıqlara başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə TASS-a istinadən xəbər verir.

Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək, həmçinin Fələstin-İsrail münaqişəsinin və Qəzza zolağında vəziyyətin kəskinləşməsi fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Görüş İsrailin Qəzza zolağında davam edən əməliyyatı ilə yanaşı, həm də Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi fonunda keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər