“Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil: “Ermənistan baş naziir Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam”.