Villası yanan MƏŞHUR HƏKİM: "Yarım milyondan çox..." - FOTO

Villası yanan MƏŞHUR HƏKİM: "Yarım milyondan çox..." - FOTO
19.08.2024 13:33
Aa
dəq

Avqust ayının 18-də Masallı rayonunda 2 mərtəbəli ev yanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yanan ev rayonun məşhur həkimi Vaqif Qurbanova məxsus olub.

Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi, Baş terapevti, Tibb üzrə fəlsəfə doktoru (kardiologiya), ABŞ Med Scape-in üzvü Qurbanov Vaqif Oruc oğlu sayta açıqlamasında sözügedən evi 35 ilə tikdiyi deyib:

"35 illik zəhmətim yandı. Yanğın baş verəndə evdə tək idim, yatmışdım. Birdə ayılıb gördüm ki, ev yanır, artıq divardan başqa heç nə qalmayıb. Yarım milyondan çox ziyan dəyib. Bütün sənədlərimiz, qızıllarımız və evdə lazım olan hər şey yandı".

Həkim yanğının nədən baş verməsini açıqlamasa da, hadisədən ciddi sarsıntı keçirdiyini bildirib.

Qeyd edək ki, hadisə vaxtı ümumi sahəsi 216 kv olan evin mansard (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.

1724056078_1507095_0.jpg

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu