ABŞ İranla bağlı yayılan 10 maddəlik plana ciddi yanaşmır.
"Operativ Məlumat Mərkəzi-OMM" “Guardian”a istinadla xəbər verir ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens sözügedən planı ələ salıb.
O bildirib ki, sənəd sanki ChatGPT ilə yazılıb.
İddia olunan plan İranın sərt tələblərini əks etdirir. Bu tələblər sırasında ABŞ qoşunlarının Yaxın Şərqdən tam çıxarılması, Hörmüz boğazı üzərində nəzarətin təmin edilməsi, hərbi zərbələrin dayandırılması, bütün sanksiyaların ləğvi və kompensasiyanın ödənilməsi kimi şərtlər yer alır.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trump özünün "Truth Social" hesabında paylaşım edərək belə bir planın ümumiyyətlə mövcud olmadığını bildirib. O, yayılan məlumatları “tamamilə saxta” adlandırıb və bunu "The New York Times" və CNN kimi media quruluşlarının “uydurması” kimi qiymətləndirib.