“Sabah” futbol klubu heyətini qorumaq istiqamətində addımlar atıb. Paytaxt təmsilçisi serbiyalı oyunçu Velko Simiçlə yeni müqavilə imzalayıb. Razılaşmaya əsasən, tərəflər arasında əməkdaşlıq daha 2 il davam edəcək.
Qeyd edək ki, Simiç sözügedən müqaviləni azad agent statusu ilə bağlayıb, buna görə də onun keçidi üçün heç bir ödəniş tələb olunmayıb. Xatırladaq ki, futbolçu 2023-cü ilin avqustunda Türkiyənin “Sivasspor” klubundan icarə əsasında komandaya cəlb edilmişdi.
“Sabah”ın heyətində uğurlu çıxışı ilə yadda qalan Velko Simiç ümumilikdə 34 matçda meydana çıxıb. O, bu görüşlərdə 12 dəfə rəqib qapısına yol tapıb və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu son mövsümdə komandası ilə birlikdə Azərbaycan çempionluğu və ölkə kubokunun qalibi olub.